Qaradağda yarımstansiya ərazisində yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda yarımstansiyanın ərazisində transformatorun yağı və sarğıları yanıb.

FHN-dən Musavat.com-a verilən məlumata görə, yarımstansiyanın ərazisindəki digər 2 ədəd transformator və yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

20.08.2022 11:46
318