Qaradağda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saaxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini, 1989-cü il təvəllüdlü Şahin Ehtibar oğlu Quliyev tutularaq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974–cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.

 

26.03.2023 09:12
663