Qaraçuxurda manyak peyda olub – Qazi atası olduğunu deyir

Qaraçuxurda manyak peyda olub.

Musavat.com xəbər verir ki, bu barədə jurnalist Gülşən Raufqızı sosial media hesabında yazıb.

O bildirib ki, həmin şəxs aprelin 4-dən məktəblərin ətrafında görülür:

“Azyaşlı qızlara yaxınlaşaraq əxlaqsız hərəkətlər edən məxluq ətrafdakılara gah özünü yazıq, gah da köməyə ehtiyacı olan qazi atası kimi təqdim edir. Bütün valideynlərin uşaqları məktəbdən götürməyə imkanı olmur”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, qeyd edilən məsələ araşdırılır.

Şahanə Rəhimli
Musavat.com

07.04.2025 09:57
926