Qaraciyəri tərtəmiz edən 4 MÖCÜZƏVİ QARIŞIM – 1 dəfə içmək kifayətdir

Orqanizmin sağlam fəaliyyət göstərməsi üçün qaraciyərin təmizliyi xüsusi əhəmiyyət daşıyır.

Musavat.com xəbər verir ki, gün ərzində müxtəlif toksinlər, dərman qalıqları və zərərli maddələr qaraciyərdə toplanır. Bunu qarşısını almaq və orqanı mütəmadi olaraq təmiz saxlamaq üçün təbii qarışımdan istifadə edə bilərsiniz.

Mütəxəssislər bildirirlər ki, bəzi bitkilər və məhsullar əsasında hazırlanan qarışımı gün ərzində sadəcə 1 dəfə içmək kifayətdir.

Qaraciyəri təmizləyən təsirli qarışımlar:

1. Limonlu zeytun yağı qarışımı
• 1 xörək qaşığı zeytun yağı
• 1 xörək qaşığı təzə sıxılmış limon suyu

Səhər acqarına qəbul edilir. Bu qarışım qaraciyəri toksinlərdən təmizləməyə kömək edir və öd axımını sürətləndirir.

2. Zəncəfil və limon çayı
• 1 parça təzə zəncəfil
• 1 stəkan qaynar su
• 1 xörək qaşığı limon suyu
• İstəyə görə bal

Zəncəfil iltihabəleyhinə təsir göstərir, limon isə qaraciyərin təmizlənməsini dəstəkləyir. Gün ərzində 1 dəfə içilməsi kifayətdir.

3. Çuğundur və kök şirəsi
• 1 ədəd orta boy çuğundur
• 2 ədəd kök
• 1 alma

Bütün məhsulları şirəçəkəndən keçirib dərhal için. Bu qarışım antioksidantlarla zəngindir və qaraciyərin yenilənməsinə kömək edir.

4. Sarıkök və isti su qarışımı
• 1 çay qaşığı sarıkök tozu
• 1 stəkan ilıq su
• İstəyə görə limon suyu və bal

Sarıkök qaraciyərin hüceyrələrini qoruyur və regenerasiyanı sürətləndirir. Gündə 1 dəfə, xüsusilə səhərlər içmək məsləhətdir.

Bu qarışıqların tərkibindəki təbii maddələr qaraciyər hüceyrələrinin yenilənmə prosesini stimullaşdırır və bədəni artıq toksinlərdən təmizləyir. Davamlı istifadə üçün mütəxəssislər gündə sadəcə 1 dəfə qəbul etməyi tövsiyə edirlər ki, orqanizm tarazlıqdan çıxmasın.

Xroniki qaraciyər xəstəlikləriniz və ya ciddi sağlamlıq problemləriniz varsa, bu qarışımdan istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Musavat.com

06.06.2025 14:50
7010