Qaraciyər sirrozundan əziyyət çəkən aktyora donor tapıldı - FOTO

 
Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevə donor tapılıb.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda onun həyat yoldaşı Elvina Atakişiyeva instaqramda bildirib. O, Elvinlə   fotolarını paylaşaraq onun əməliyyat olunacağını deyib:
 
"Bizim böyük ailəmiz, bu gözəl xəbəri sizinlə bölüşmək istədim! Artıq donorumuz tam şəkildə hazırdı. Avqustun ilk həftəsində əməliyyat baş tutacaq. Əməliyyat gününü də sizinlə paylaşacam! Biraz da olsa çətin günləri geridə qoyduq, inanıram ki, əməliyyatımız da uğurlu olacaq. Elvin tam sağlam və gümrah şəkildə ayağa qalxacaq".
 

 

 

19.07.2022 13:33
1474