"Bu ilin sonuna qədər ümumilikdə 2000-ə yaxın məcburi köçkün ailəsinin işğaldan azad edilmiş ərazilərə qayıdışı təmin ediləcək".
Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu ilin əvvəlindən Talış kəndinə 20 ailə, Laçın şəhərinin özünə isə 52 ailə köçürülüb.