Xankəndi-Gorus istiqamətində erməniəsilli mülki vətəndaşların dövlət sərhədindən buraxılış məntəqəsində rəsmiləşdirilməsi prosesi davam edir.
Musavat.com xəbər verir ki, bununla bağlı buraxılış məntəqəsində çəkilmiş videogörüntülər yayılıb.
Görüntülərdən aydın olur ki, sərhəd məntəqəsində vətəndaşların keçidinə hər hansı maneə yaradılmır.
Qeyd edək ki, bu il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.