Qarabağdan Ermənistana qaçan qondarma “parlamentin üzvlərinə” ölkəni tərk etmək qadağan olunub.
Bu barədə “Joxovurd” qəzeti yazıb.
Qəzet yazır ki, artıq mövcud olmayan qondarma “parlamentin” qondarma “deputatı” Qeqam Stepanyan hava limanından geri qaytarılıb.
“Stepanyan “Zvartnots” hava limanında saxlanılıb və geri qaytarılıb. Ona bildiriblər ki, Ermənistan sərhədlərini tərk etmək qadağandır. Əldə etdiyimiz məlumata görə, səbəb konkret cinayət işi ilə bağlıdır. (Qondarma) “parlamentin üzvləri” bir-bir insintaqa dəvət edilib və nəzarətə götürülüb”, - qəzet yazır. (Publika.az)