Qarabağdan könüllü şəkildə gedən, ancaq Ermənistanda “müvəqqəti qoruma” statusu almış ermənilər noyabrın 6-dan etibarən Ermənistan vətəndaşlığı üçün müraciət edə bilərlər. Musavat.com bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ərizələr İrəvanda st. Zəkiyan 3, 118/1, rayonlarda isə Daxili İşlər Nazirliyinin istənilən pasport-viza şöbəsində qəbul ediləcək. Ermənistan vətəndaşlığı almaqdan ötrü aşağıdakı sənədlərin siyahısı tələb olunur:
- bəyanat,
– doğum haqqında şəhadətnamə (əgər xarici dildədirsə, təsdiq edilmiş tərcüməsi ilə);
- müvəqqəti müdafiə statusu almış qaçqının etibarlı pasportu;
– 35 x 45 mm ölçüdə 6 ədəd rəngli fotoşəkil.
– nikah şəhadətnaməsi (və ərizəçi soyadını dəyişdikdə onun surəti),
- dövlət rüsumunun ödənilməsi barədə qəbz;
– ərizəçi şəxsi məlumatlarını dəyişdikdə, bu faktı təsdiq edən sənəd təqdim edilməlidir;
Müvəqqəti qorunan status haqqında arayış təqdim etmək lazım deyil.
DİN-ın açıqlamasında xüsusilə vurğulanır ki, müraciətlərə mümkün qədər tez baxılacaq.
Musavat.com