Qarabağdan Əskiparaya köçürülən ermənilər oranı da tərk etdi

Qarabağdan Ermənistana köçən, daha sonra Əskiparada (Yuxarı və Aşağı Əskipara ilə qonşu kənd-red.) iki ailə bu əraziləri də tərk edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, buna səbəb baş nazir Nikol Paşinyanın müharibə ilə bağlı verdiyi bəyanatdır.

Bu xəbəri Tavuş vilayətində “Voskepar icması”nın administrasiyasının rəhbəri İşxan Ağbalyan da təsdiqləyib.

“Xəbər doğrudur, onlar başqa yerə köçüblər”, - deyə Ağbalyan qeyd edib.

İcra başçısı digər suallara cavab verməyib.

Musavat.com

22.03.2024 13:18
1113