Mayın 1-də Qarabağdakı terrorçu rejimin başçısı Arayik Arutyunyan “təhlükəsizlik şurası” adlı oyuncaq qurumun, ətrafındakı canilərin topkantısını keçirib.
Bildirilir ki, iclasda Qarabağı Laçın yolunun girişində Azərbaycan nəzarət-buraxılış məntəqəsinin quraşdırılması, Azərbaycanın guya ermənilərin “sərbəst hərəkətinə mane olması” kimi cəfəng iddialar müzakirə olunub.
Qarabağdakı terrorçu rejimin revanş cəhdləri, səngərlərin qazılması, hərəkətlilik barədə xəbərlərin fonunda bu iclas hansısa təxribat hazırlıqlarının anonsu sayılmalıdır.
Musavat.com