Qarabağdakı separatçı rejim həyəcan içində: saat 23.00-da “növbədənkənar iclas” çağırıldı

Bu saatlarda Qarabağdakı qondarma rejimin oyuncaq parlamenti fövqəladə iclas çağırmaqla bağlı qərar verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, saat 23:00-da növbədənkənar iclas çağrıldığı elan olunub. Bildirilir ki, “artsax respublikası konstitusiyasının 114-cü maddəsinə və “milli məclisin reqlamenti” qanununun 37-ci maddəsinə uyğun olaraq, milli məclis deputatlarının təşəbbüsü ilə mühüm məsələlərlə bağlı 22 may 2023-cü il tarixində saat 23:00-da növbədənkənar iclas” çağırılıb.

İstisna deyil ki, separatçı-terrorçu rejim Ermənistanın baş naziri Nikol Paşinyanın gün ərzində Qarabağa dair açıqladığı mövqeyinə görə həyəcanlanıb və gecəyarısı toplaşmağa qərar verib.

 

Musavat.com

22.05.2023 21:33
1228