Qarabağdakı qondarma rejimdən SƏRSƏM PLAN: sentyabrdan...

Qarabağdakı qondarma rejimin təmsilçiləri başlarının əzilməməsindən sui-istifadə edib sərsəm xəyallara düşürlər.

Musavat.com-un xəbərinə görə, oyuncaq rejimin qondarma “təhsil, elm, mədəniyyət və idman naziri” Norayr Mkrtçyan deyib ki, yeni tədris ilindən “artsax respublikası”nın ümumtəhsil məktəblərində “artsaxın tarixi” fənni tədris olunacaq.

Mkrtçyan bildirib ki, birinci mərhələdə onun yalnız 8-9-cu siniflərdə tədris olunması planlaşdırılır, lakin gələcəkdə digər siniflər kurikuluma daxil ediləcək. Separatçı iddia edib ki, ideyanın məqsədi “artsax” tələbələrinin öz ərazisində baş verən tarixi hadisələri daha yaxşı başa düşmələridir.

P.S. Beləliklə, cəmi 1-2 əsrdir Azərbaycan ərazilərində mövcud olan gəlmələr saxta tarix yaradaraq beyinləri zəhərləməkdə davam etməyi hədəfləyiblər. Amma arzuları gözlərində qalacaq, bizdən demək!

Musavat.com

03.07.2023 17:17
2298