Qarabağda son 1 həftədə nə qədər mina tapılıb?

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.08.2023 - 27.08.2023) açıqlanıb.

ANAMA-dan Musavat.com-a verilən məlumata görə, 21-27 avqust tarixlərində Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 256, tank əleyhinə 92 mina və 71 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 528,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

28.08.2023 16:00
417