Qarabağda işləyənlərə müavinətlər bu qaydada ödəniləcək

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün növbəti ildə birdəfəlik müavinətlərin verilməsi mexanizmi hələ tam dəqiq deyil".

Musavat.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov deyib.

O bildirib ki, nazirlik tərəfindən birdəfəlik müavinətlərin müraciətlər əsasında təyin edilməsi nəzərdə tutulur: "Mexanizm hazır olandan sonra prosesin proaktiv qaydada həyata keçirilməsinə çalışacağıq ki, qısa zamanda reallaşdırılmasına nail olaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

26.12.2022 12:05
1093