Qarabağdakı terrorçu-separatçı “ordu”nun iki “hərbçi”si yaralanıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, avqustun 8-də iki “müqaviləli hərbçi” silahla (detonator) davranış qaydalarına əməl edilməməsi nəticəsində yaralanıb.
Xəsarət alan Qurgen Alekseeviç Danielyan və Artur Yuryeviç Aruşanyanın vəziyyəti ağır qiymətləndirilir. Hadisələrin aydınlaşdırılması üçün araşdırma aparılır.
Musavat.com