Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında məskunlaşan erməni minaya düşüb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıblar.
Məlumatda qeyd edilir ki, hadisə 2 aprel saat 15:10 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü, hələlik adı dəqiqləşdirilməyən erməni sakin Xocavənd yaronunun Qırmızıbazar qəsəbəsi ərazisində mina partlaması nəticəsində yaralanıb.
Xəstəxanaya yerləşdirilən erməninin sol ayağı amputasiya olunub.
Musavat.com