Qarabağda ermənilər təcili yardım maşınından hərbi məqsədlər üçün istifadə edib - VİDEO

Lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş döyüş mövqelərindən birinə baxış keçirilərkən hərbi tibbi yardım üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin hərbi yükün daşınması məqsədilə istifadə edilməsi müəyyən edilib.

Trend xəbər verir ki, artilleriya atəşi nəticəsində yararsız vəziyyətə düşən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus nəqliyyat vasitəsi “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketlərinin saxlanılması və daşınması üçün istifadə edilib.

Qeyd edək ki, mülki təyinatlı texnikanın hərbi məqsədlərlə istifadə edilməsi Beynəlxalq Humanitar norma və prinsiplərində ziddir və qəbuledilməzdir.

08.10.2023 12:42
1556