Qarabağa yeni marşrut xətti açıldı

Qarabağa səyahət imkanları artırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə səyahət edən vətəndaşlar üçün rahat və keyfiyyətli nəqliyyat xidmətləri təqdim olunur:

"Marşrut: Bakı-Xocalı-Xankəndi-Şuşa.

Xankəndində təhsil alan tələbələr üçün də bu marşrut əla imkandır!

Biletləri asanlıqla onlayn şəkildə əldə edərək bu fürsətdən yararlana bilərsiniz".

27.10.2024 16:05
803