"Qarabağ" - "Viktoriya" oyununda insident

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda insident baş verib.

"Report"un məlumatına görə, 23-vü dəqiqədə qonaqların futbolçusu Con Moskera "Qarabağ"ın müdafiəçisi Marko Veşoviçi itələyərək yıxıb.

Nəticədə Moskera sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.

17.08.2022 21:12
3243