Qarabağ Universitetinin rektorundan ilk AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Yenisabah.az-ın məlumatına görə, Mingəçevir Dövlət Universitetinin sabiq rektoru təyinatla bağlı açıqlama verib.

O qeyd edib ki, Qarabağ Universitetinin rektoru təyin olunmaq Möhtərəm Prezidentimiz tərəfindən bizə göstərilmiş çox böyük etimaddır.

"Bu etimada görə Cənab Prezidentimizə sonsuz təşəkkürümü bildirirəm. Doğma Qarabağımızın adını daşıyan ali təhsil müəssisəsinə rektor təyin olunmaq sözlə ifadə edilməsi mümkün olmayan fəxarətdir. Qürur hissləri keçirirəm. Eyni zamanda, bu təyinat çox böyük məsuliyyətdir! Göstərilən etimadı doğrultmaq və yeni dövrün tələblərinə cavab verən müasir universitet qurmaq üçün var gücümüzlə çalışacağıq! Qarabağ Universiteti işğaldan azad olunan torpaqlarımızda fəaliyyət göstərəcək ilk ali təhsil müəssisəsi kimi tariximizə düşəcək! Doğma torpaqlarımızda fəaliyyət göstərmək şərəfdir! Bu şərəf və qürur hisslərinə görə, doğma torpaqlarımızı düşmən işğalından azad edən Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirir, Şəhid qardaşlarımıza Allahdan rəhmət diləyir, Qazi qardaşlarımıza şəfa arzulayır, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edirəm", - rektor vurğulayıb.

21.05.2024 12:12
1124