Qarabağ Universitetinin ilk tələbəsi bəlli oldu-FOTO

Qarabağ Universitetinin ilk tələbəsi bəlli oldu.

Musavat.com xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov paylaşımında bu barədə məlumat verib. Rektor qeyd edib ki, ali təhsilini Qarabağda almaq istəyən gənc Mingəçevir şəhəri 17 saylı orta məktəbin məzunu Əli Rüstəmzadədir. O 654 balla hüquqşünaslıq ixtisasını seçib

Rektor abituriyentlərə müraciət edərək yazıb: "Qarabağ Universitetini seçin! İlk tələbəmiz olun! Qarabağ Universitetini birlikdə quraq!"

 

Nigar HƏSƏNLİ,
Musavat.com

14.06.2024 23:46
11886