Qarabağ separatçıları ÇƏTİN SUAL qarşısında: “İndi nə edək?”

“Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü bir müddət qəbul etməyəcəklər”.

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O deyib ki, separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann Hidalqonun “aksiyasının” (oxu: təxribatının) nəticəsini gözləyəcəklər.

"Paris meri “humanitar yüklə” Azərbaycan sərhədinə gəlməyi planlaşdırır. Erməni lobbisi Parisin merini zərbə altında qoyacaqlar. Çünki həmin mer Azərbaycan ərazisinə daxil ola bilməyəcək, bir neçə gün sonra geri qayıtmalı olacaq. Ermənistan hakimiyyəti Qarabağ separatçıları ilə birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra yenə eyni sualla üzləşəcəklər: “İndi nə edək?” - Elxan Şahinoğlu qeyd edib.

Ekspertin fikrincə, Qarabağ erməniləri arasında “Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa yox” sualı ətrafında diskussiya başlayacaq:

“Aralarında fikir ixtilafı yaranacaq. Biz bir gediş də edə bilərik. Yüklərimizin qəbul edilməsi tərəfdarı olan ermənilərlə təmasa keçməli və yükləri qəbul etmək məqsədilə onlara çağırış etməliyik”.

Afaq,
Müsavat.com

29.08.2023 16:35
1377