Qarabağ kanalının bəndi DAĞILDI - Sahələri su basdı

Qarabağ kanalının Yevlax rayon Kolanı kənd ərazisindən keçən hissəsində bənd dağılıb, ətraf ərazini su basıb.

Məlumata görə, Qarabağ kanalının Yevlax rayon Kolanı kənd ərazisindən keçən hissəsində bəndin bir qismi sıradan çıxıb. Nəticədə kanalın suyu ətrafdakı taxıl və otlaq sahələrini su basıb.

Hazırda aidiyyəti qurumların nümayəndələri texnika vasitəsilə birgə əraziyə cəlb olunub və yaranmış fəsadın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.//Report

04.06.2024 14:33
1280