Qarabağ kanalından meyit tapıldı

Qarabağ kanalının Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisindən keçən hissəsində suyun üzündə kişi meyiti aşkar edilib.

FHN-dən verilən məlumata görə, aşkarlanan naməlum şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

18.08.2023 19:05
449