“Qarabağ”ın oyunu azad olunan Laçının kinoteatrında! - İlk dəfə…

"Qarabağ”ın oyunu azad olunan Laçın şəhərində kinoteatrda yayımlanacaq.

Qol.az-ın xəbərinə görə, bu haqda şəhərdə yerləşdirilən elanlarda bildirilib. Noyabrın 30-da Avropa Liqasının “Molde” (Norveç) - “Qarabağ” (Azərbaycan) matçı “Laçıncinema” kinoteatrında nümayiş etdiriləcək.

Girişin pulsuz olacağı da bildirilib.

Qeyd edək ki, “Qarabağ”ın oyunu ilk dəfədir Laçında kinoteatrda nümayiş etdiriləcək.

Xatırladaq ki, “Mölde” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. 

191319_ngilnver3w.jpeg (77 KB)

24.11.2023 22:22
636