"Qarabağ"ın keçmiş ulduzu özünə TOY ETDİ - VİDEO

"Qarabağ"ın sabiq futbolçusu Kadi Borqes subaylığın daşını atıb.

Braziliyalı yarımmüdafiəçi 28 yaşında ailə həyatı qurub.

Kadi toy mərasiminin videogörüntülərini öz sosial şəbəkələrində paylaşıb. "Qarabağ"ın hədəfində olan futbolçunun keçidi baş tutacağı halda, ölkəmizə ailəsi ilə birlikdə gələcəyi gözlənilir.

Qeyd edək ki, 2021-22-ci illərdə Ağdam klubunun formasını geyinən yarımmüdafiəçi hazırda "Krasnodar"da çıxış etsə də, onun geri qayıtması ilə bağlı danışıqlar aparılır. (idman.biz)

18.06.2024 16:04
1391