“Qarabağ ermənilərinin müqəddəratı...” - Abramyan

“Qarabağ ermənilərinin qaytarılması (mətndə uydurma bir addan istifadə olunub - red.) prosesi son mərhələ hesab edilməməlidir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, revanşist siyasətçi Tiqran Abramyan feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, əsas məqsəd Qarabağ ermənilərini öz müqəddəratını həll etmək məsələsini qaldırmaq olmalıdır.

Abramyan bu prosesin 2018-ci ilə qədər uğurla aparıldığını, lakin daha sonra Paşinyan iqtidarının günahı ucbatından iflasa uğradığını vurğulayıb.

Musavat.com

22.11.2023 15:01
1503