“Qarabağ ermənilərinin geri qayıtması 3 halda mümkündür”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli revanşist politoloq Suren Surenyantsın sosial şəbəkədəki statusunda əks olunub.
“1. Ermənistan Azərbaycanı yeni müharibədə məğlub etməlidir.
Müharibə haqqında tezis özlüyündə təhlükəlidir və qeyri-real fantaziyalar sahəsinə yerləşdirilir.
2. Qarabağ ermənilərinə beynəlxalq zəmanətlər tətbiq olunmalıdır.
Bu, təlatümlü dünyada tamamilə qeyri-real bir şeydir, üstəlik, Rusiya və ya Qərbin Azərbaycanı Qarabağ erməniləri naminə nəyəsə məcbur etməkdə strateji marağı yoxdur.
3. Qarabağ erməniləri Azərbaycanın şərtləri ilə qayıtmağa razı olarsa.
Paşinyanın “unut” siyasəti Ermənistanı Azərbaycanın sub-dövlətinə çevirəcək, bəzilərinin “romantikası” siyasi ictimaiyyəti, başqa sözlə, dövləti öldürəcək”, - deyə revanşist politoloq yazıb.
Musavat.com