“Qarabağ erməniləri siyahıya alınmalıdır”


"Qarabağ erməniləri onların dəqiq sayını və statusunu (yerli və ya gəlmə olmaları), eləcə də Ermənistan vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olub-olmadıqlarını dəqiqləşdirmək üçün siyahıya alınmalıdırlar".

Musavat.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu rusiyalı ekspert, "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko feysbuk hesabında yazıb.

"Ortaya belə bir sual çıxır- siyahıyaalma hansı mərhələdə və necə keçirilməlidir? Əlbəttə, erməni qanunsuz silahlı dəstələri Qarabağdan çıxarıldıqdan və separatçıların administrasiyası fəaliyyətini dayandırdıqdan sonra. Siyahıyaalmanı 2023-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyi və statistika orqanları həyata keçirə bilər", - deyə İ.Korotçenko vurğulayıb.

03.09.2022 12:38
713