Qarabağ erməniləri AYAĞA QALXDI

“30 il ərzində çoxsaylı “artsax” vətəndaşları Ermənistana köçüb yaşamağa başladılar və bu vaxta qədər heç kim rəsmi olaraq Ermənistan vətəndaşlığı üçün müraciət etməmişdi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər “İkinci Qarabağ savaşında ölən erməni hərbi qulluqçuların qohumları ittifaqı” ictimai təşkilatının rəhbəri Armen Asryan tərəfindən səslənib.

“Bunun mənası nədir? Biz bir pasportla iki dövlətin vətəndaşı olmuşuq? Mən bunu manipulyasiya hesab edirəm. Sabah onlar qərar verə bilərlər ki, qaçqın statusu olmayan insanlar bəzi proqramlardan yararlana bilməyəcəklər. Bundan əlavə, qaçqınlıq sənədi olmadığından və xaricdə pasportları etibarsız olduğundan 070 kodlu pasportlarını dəyişməli olacaqlar. Yəni 5 gün belə çıxa bilməyəcəklər. Bu, insanların hüquqlarının pozulmasıdır”, - deyə Asryan bildirib.

““Artsax”ın (ermənilərin Qarabağın işğal altında olduğu illərdə bölgəyə verdikləri uydurma ad - red.) “Ehtiyatda olan Zabitlər İttifaqı” ictimai təşkilatının idarə heyətinin üzvü Geqam Mikaelyan Qarabağ ermənilərinin Ermənistanda iş tapa bilməməsindən şikayətlənib. Kədərlidir, amma mən güman edirəm ki, Qarabağ ermənilərinin Ermənistandan böyük bir köç dalğası baş verəcək və bu, Ermənistan üçün Qarabağdan daha böyük itki sayılacaq”, - deyə Armen Asryan qeyd edib.

Musavat.com

06.03.2024 15:58
12206