Qara qitədə yeni QLOBAL savaş təhlükəsi

Fransa Burkina-Fasoya inkişaf yardımını və büdcə dəstəyini dayandırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Burkina-Faso və Mali Nigerə qarşı istənilən hərbi müdaxiləni "müharibə elanı" kimi qiymətləndirəcəyini bəyan edib. Bu isə Qərbin qəzəbinə səbəb olub.

Ötən həftənin bazar günü Afrikanın qərbyönümlü ECOWAS bloku Nigerin rusiyayönümlü yeni liderinə ultimatum verib. ECOWAS liderləri Nigerin hərbi hakimiyyətini bir həftə ərzində demokratik yolla seçilmiş prezident Mohamed Bazuma qaytarmasını tələb edib. Əks halda Nigeri Afrika ölkələrinin koalisiyasının hərbi müdaxiləsi gözləyir.

Fransa Xarici İşlər Nazirliyi şənbə günü ECOWAS-ın Bazumun yenidən qurulması ilə bağlı söyləmlərini qətiyyətlə dəstəklədiklərini bəyan edib.

Musavat.com

07.08.2023 15:49
452