QANDONDURAN HADİSƏ: Ana körpəsinə tiner içirərək ÖLDÜRDÜ

İstanbulun Esenler rayonunda dəhşətli cinayət baş verib. Belə ki, 23 yaşlı Dilek Ç. Kırıkkale şəhərindən İstanbulda yaşayan qohumlarının yanına gedərkən 2 yaşlı oğlu Emreni tiner içirərək öldürüb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, hadisə 26 sentyabrda baş verib.

Məlumata görə, ana Dilek Ç. parkda oturduğu vaxt oğluna şüşəyə tiner dolduraraq içirməyə başlayıb. Sonra o, körpə ilə birlikdə Esenlerdəki qohumlarının evinə gedib. Uşağın vəziyyəti pisləşəndə isə onu Fatihdəki xəstəxanaya aparıblar. Təhlükəli vəziyyətdə olan körpə intensiv terapiya alnmasına baxmayaraq, iki aylıq müalicədən sonra həyatını itirib.

Polis uşağın kimyəvi zəhərlənmə səbəbindən xəstəxanaya yerləşdirilməsindən sonra anasını və atasını saxlayıb.

"Uşağım nikahdankənar doğulub. Heç kim bizimlə maraqlanmadı. Depressiyaya düşdüm. Bu səbəbdən uşağın şüşəsinə tiner qatıb içdirdim", - qadın deyib.

Məhkəməyə çıxarılan Dilek Ç. həbs edilib, atası isə sərbəst buraxılıb.

Musavat.com

15.11.2024 15:51
833