Qaluzin Ermənistanda

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan görüşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib. Onlar üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə səylərin gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

Musavat.com

26.04.2023 12:29
884