“Mənim ikili vətəndaşlığım var, bunu heç vaxt gizlətməmişəm. 10 illik ruhani xidmətim zamanı orada aldığım Kanada pasportum var”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.
Qalstanyan bununla bağlı ilk məlumatı yayan “Aykakan Jamanak” qəzetini sarı mətbuat adlandırıb. Təxribatçı keşiş həmin qəzeti həmçinin anti-erməni deyə qələmə verib.
“Qalstanyan Tavuş yeparxiyasının ruhani lideridir, bu, baş nazirin kreslosundan yüksəkdir. Əgər xalq bunu arzulayırsa və katolikos buna xeyir-dua verirsə, o zaman mən kimə deyim ki, yox, istəmirəm”, - deyə Qalstanyan bildirib.
Musavat.com