Arxiyepiskop Baqrat Qalstanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətindən aprelin 23-dən Zvartnots hava limanında aclıq aksiyası keçirən Leo Nikolyanla görüşmək üçün icazə istəyir.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumatda deyilir ki, o, fransız jurnalisti həyatı üçün təhlükə yaradan etiraz formasını dayandırmağa və qanuni yollarla ədalət axtararaq Fransaya qayıtmağa inandırmaq istəyir. Fransanın hərbi müxbiri Leo Nikolyan “Sputnik”ə bildirib ki, ona Ermənistana girişin qadağan edilməsinin səbəbi barədə məlumat verilməyib və hansısa qərar göstərilməyib.
Etiraz əlaməti olaraq İrəvanın Zvartnots hava limanında aclıq aksiyası keçirən Nikolyanın özü bunu bu günlərdə ərazilərin Azərbaycana qaytarılmasına etirazların getdiyi Əskipara kəndinə səfəri ilə əlaqələndirməyə cəhd edir.
“Qadağanın səbəbi açıqlanmır və qərar göstərilmir, mən Birinci Qarabağ müharibəsində iştirak etmişəm və bundan sonra uzun müddət Ermənistanda yaşamışam, nə qədər inandırsalar da, buradan ayrılmayacağam. Təyyarəyə minib pulsuz qayıtmağımı xahiş edirəm”, - jurnalist deyib.
Musavat.com