“Yumşaq şəkildə necə deyəcəyimi bilmirəm, amma dünyada balqabaqdan daha sevimli meyvə və tərəvəz var”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində “Vətən naminə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.
O, baş nazir Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyanın hərəkatın səngiməkdə olduğu sözlərinə reaksiya verib. Cavabında keşiş Baqrat aparat rəhbərini “balqabaq” adlandırmaqdan çəkinməyib.
Bunun təhqir kimi qəbul ediləcəyi ilə bağlı sözlərə cavab olaraq Qalstanyan qeyd edib: “Mən fərqli bir şey demirəm, sadəcə öz zövqümü qeyd edirəm. Ondan yaxşı mürəbbə çıxar”.
Musavat.com