Qalmaqallı serial 9 MİLYON CƏRİMƏLƏNDİ

Türkiyədə yayımlanan "Kızıl goncalar" serialı 9 milyon lirə (təxminən 518 min 400 AZN) məbləğində cərimələnib.

Bu barədə Türkiyə Radio və Televiziya İdarəsi qərar qəbul edib. Cəriməyə səbəb, ekran işində cəmiyyətin milli mənəvi dəyərlərinə zidd kadrların və səhnələrin yer alması göstərilib.

Bundan başqa "Kızıl goncalar"ın yanvarın 8-də yayımlanacaq 3-cü bölümü və növbəti həftədəki bölümünün yerinə sənədli film nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, baş rollarında aktrisa Özgü Namalla müğənni Özcan Denizin rol aldığı serial Türkiyədə böyük qalmaqala səbəb olub. Buna səbəb ekran işində “Fani” adlı dini təriqətin əsl üzünün ictimaiyyətə göstərilməsidir.

İlk olaraq dindarlar filmin aktyor və çəkiliş heyətinə etiraz ediblər. Daha sonra Türkiyə Radio və Televiziya İdarəsi serialda yayımlanan bu görüntülərin araşdırılacağını bildirib.//Baku.ws

03.01.2024 14:53
1947