Qalmaqallı şəkildə Dubayda evlənən Ebru Gündeşlə bağlı iddia: Boşanma qərarı verib?

Bu ilin fevral ayında Dubayda özündən 12 yaş kiçik iş adamı Murat Özdemirlə sürpriz şəkildə evlənən məşhur türkiyəli müğənni Ebru Gündeşin boşanacağı ilə bağlı xəbərlər yayılıb.

Ebrunun axtardığı xoşbəxtliyi tapa bilmədiyi və boşanmaq üçün məhkəməyə müraciət edəcəyi deyilir.

Məlumata görə, Pınar Eliçe adlı türkiyəli jurnalist 4-cü dəfə ailə həyatı quran müğənninin evlilik qərarından peşman olduğunu iddia edib.

"Ebru Gündeşin peşman olduğu ilə bağlı xəbərlər var, amma dəqiq nə baş verdiyini araşdıracağam. Yaxın günlərdə səbəbini açıqlayacağıq. Nəsə bir problem var. Ebru Gündeşin 3-5 ay ərzində boşanma davası açacağı deyilir", - deyə jurnalist qeyd edib.

Həmçinin Murat Özdemirin Ebru Gündeşin heç bir konsertində iştirak etməməsi və cütlüyün heç yan-yana görünməməsi də boşanma iddiasını gücləndirib.

Müğənni evliliyi ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Xatırladaq ki, Murat Özdemirin Selin Kabaklı ilə evli olduğu müddətdə Ebru Gündeşlə eşq yaşadığı və Ebru Gündeşə görə arvadından boşandığı da iddia edilirdi.

"Ümid edirəm ki, Ebru mənə yaşatdıqlarını və yaşadılanları yaşamaz. Hər kəsin yolu açıq olsun", - deyə o zaman bununla bağlı açıqlama verən Selin Kabaklı bildirmişdi.

Həmçinin Selinin "Instagram" hesabındakı "Ya Rəbbim, yol sənin, qul sənin, cəza sənin" paylaşımı da gündəm olmuşdu.//Oxu.Az

26.07.2024 04:42
1502