Rusiyada “xarici agent” statusu aldıqdan sonra ölkəsindən didərgin düşən yumorist və aktyor Maksim Qalkinin xarici ölkələrdə verdiyi konsertlərinə ciddi qadağa tətbiq edilib.
“Mash” teleqram kanalı yazır ki, Şimali Amerikaya qastrol səfərinə çıxmağı planlaşdıran sənətçini seyr etməyə gələn tamaşaçılar puldan əlavə onu telefonla görüntülərini çəkməməyi öhdəsinə götürməlidir.
Beləliklə, qiyməti 90 - 230 dollar arasında olan bileti alan şəxs Maksim Qalkini çəkməmək və ya səsini yazmamaq tələbi ilə, habelə qoyulan qaydanı mümkün nəticələri ilə razılaşır.
Yeri gəlmişkən, müqaviləni yerinə yetirməyənlər mühafizə xidməti tərəfindən zaldan çıxarılacaq.