“Qalatasaray”ın ulduz futbolçusu: “Sabahın xeyir, Bakı” - VİDEO

“Qalatasaray”ın argentinalı hücumçusu İkardi “Instagram” hesabında Bakıdan paylaşım edib.

Musavat.com xəbər verir ki, futbolçu videoya “Sabahın xeyir, Bakı” yazaraq şəhərin görüntüsünü çəkib.

Qeyd edək ki, bu gün Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında xeyriyyə oyunu keçiriləcək.

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Musavat.com

26.03.2023 13:00
1214