“Qalatasaray”ın sabiq futbolçusu Braziliyada həbs olundu

"Mançester Siti" klubunun sabiq futbolçusu Jo Braziliyada saxlanılıb.

Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, buna səbəb "sambaçı"nın aliment ödəməməsidir.

Braziliya 2-ci divizionunda "Amozanas" klubunda çıxış edən forvard oyundan əvvəl saxlanılıb. Futbolçunun vəkilinin sözlərinə görə, aliment ödənildikdən sonra o, sərbəst buraxılacaq.

Qeyd edək ki, Jo "Mançester Siti", "Everton", "Qalatasaray", SSKA (Moskva), "Korintians", "İnternasional", "Atletiko Mineyro" və "Naqoya Qrampus" klublarının şərəfini qoruyub. O, Braziliya millisində 20 oyun keçirib və bu matçlarda 5 qolla yadda qalıb.

07.05.2024 21:48
671