“Qalatasaray”dan azarkeşlərinə İkardi ilə bağlı ŞAD XƏBƏR

Türkiyənin “Qalatasaray” futbol klubu azarkeşlərini sevindirəcək addım atıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub mövsümün əvvəlində icarə əsasında PSJ-dən gətirdiyi Mauro İkardiyə 3 illik müqavilə imzalatmağa çox yaxındır.

Məlumata görə, “cimbom” rəhbərliyi İkardinin bonservisi ilə bağlı PSJ ilə razılaşıb.

30 yaşlı hücumçu üçün fransızlara ödəniləcək məbləğlə bağlı məlumat verilməyib.

Tərəflərin mövsümün sonunda 3 illik müqavilə imzalamağa hazırlaşdıqları bildirilir.

Qeyd edək ki, daha əvvəl Mauro İkardi “Qalatasaray”da qalmaqdan məmnunluq duyduğunu, Türkiyədə özünü dünyanın ən yaxşı futbolçusu kimi hiss etdiyini bildirmişdi.

20.04.2023 19:38
826