Qağayılara atəş açdı, səhvən 5 nəfəri yaraladı

Türkiyədə qəribə hadisə baş verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Yalova şəhərində yaşadığı evin eyvanına sərinləmək üçün çıxan 20 yaşlı gənc qağayıların səsindən narahat olduğu üçün onlara bir neçə dəfə atəş açıb.

Atəş nəticəsində yaxınlıqdakı xəstəxananın yeməkxanasındakı 5 nəfər yaralanıb.

Hadisəni törədən gənc polislər tərəfindən saxlanılıb.

Musavat.com

14.07.2023 17:05
539