Qafqazda ən bahalı internet Ermənistandadır

Ermənistan Cənubi Qafqaz ölkələri arasında ən bahalı internetə sahibdir.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

"Numbeo" onlayn məlumat bazasına görə, Ermənistanda 60 Mbit/s və yuxarı sürətə malik aylıq internet paketinin qiyməti təxminən 22 dollar təşkil edir. Xəbərdə bildirilir ki, Azərbaycanda eyni paketin qiyməti 14 dollar, Gürcüstanda isə təxminən 18 dollardır. Həmçinin, Rusiyada 60 Mbit/s və yuxarı sürətə malik aylıq internet paketinin qiyməti 6,5 dollar, Türkiyədə isə 11,7 dollar təşkil edir.

Musavat.com

27.08.2024 12:02
563