“Qafqaz regionu İran tarixinin bir hissəsidir” –İran prezidenti Rəisi

“Qafqaz bölgəsində inkişaf, təhlükəsizlik və sülh İran üçün çox vacibdir. Bu bölgə İran tarixinin bir hissəsidir”.

Azpost.info İRNA-ya istinadən bildirir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Paşinyanla danışıqlardan sonra çıxışı zamanı bəyan edib.

Rəisi deyib ki, regional məsələləri bölgə aktorları həll etməlidir: ” Xaricilərin istənilən müdaxiləsi problemləri həll etmək əvəzinə, problem yaradacaq”.

İran prezidenti bildirib ki, iki dövlət arasında münasibətlər hökmən regionda əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq.

01.11.2022 15:34
1140