Qafanda “Sünik qanadları” festivalı keçirilib

Qafanda “Sünik qanadları” adlı pilotsuz təyyarələrin dizaynı və istehsalı üzrə festival keçirilib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, idman və məlumat festivalında Qafan, Gorus, Mehri, Kacaran və Sisian (Zəngəzur) icmalarının komandaları iştirak edib. 

Tədbirin təşkilatçısı “Düşüncə uçuşu” ictimai təşkilatı, əsas tərəfdaşı isə Sünik vilayətinin rəhbərliyi olub.

Qubernator Robert Qukasyan sərginin pavilyonlarına baş çəkib, məktəblilərin yaratdığı dronlarla tanış olub, Sünik şəhərinin müxtəlif icmalarından olan pilotsuz uçuş aparatlarının operatorlarının yarışını müşahidə edib. Yarışın qalibi olan komandalara pul mükafatları təqdim olunub. Qubernator həmçinin festivalın illik tədbirə çevriləcəyinə söz verib.

Beləliklə, sülhdən danışan Ermənistan Qərbi Zəngəzurda pilotsuz təyyarələrlə bağlı şou təşkil etməklə faktiki olaraq “qaşındığını” nümayiş etdirib.

Musavat.com

04.11.2024 13:15
372