“Düşünürəm ki, biz Qarabağın itirilməsinin (Azərbaycanın qanuni torpaqlarını geri qaytarması - red.) şahidi olmamaq üçün hər şeyi edə bilərdik”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın Sünik vilayətinin inzibati mərkəzi olan Qafan şəhərinin meri Gevorq Parsyan deyib.
Belə görünür ki, bu həyasız tip hələ Qarabağın Ermənistana məxsus olduğunu düşünür.
“Düşünürəm ki, hər hansı erməni baş verən faciəyə (ermənilərə görə - red.) görə təəssüflənir, çünki bu gün əslində bizim Qarabağımız yoxdur.
Bu gün Qarabağın itirilməsi ilə Sünik bölgəsi üçün daha çox təhlükə yarandığını düşünürəm. 2020-ci il dekabrın 18-də baş vermiş məlum hadisədən sonra biz Azərbaycan bayraqlarının peyda olmasının şahidi olduq. Bundan sonra Azərbaycan qoşunları yaşayış məntəqələrimizə çox yaxın oldular”, - deyə erməni mer bildirib.
Musavat.com