"Qadınların iş saatı azaldılsınmı?" - Bakı sakinlərindən fərqli RƏYLƏR

Bu günlərdə millət vəkili Tahir Rzayev belə bir təkliflə çıxış etdi ki, evli və uşaqlı qadınlar işə bir saat tez gəlib, bir saat da tez getsinlər. Deputat bunu onunla əsaslanıdırıb ki, qadınlar ailə qayğılarından özlərinə ayırmağa zaman tapmırlar, buna görə də onlara iş saatında güzəşt tətbiq edilməlidir. 

Qeyd edək ki, deputatın bu təklifi cəmiyyətdə fikir ayrılığına səbəb olub. Belə ki, bir çoxu deputatı dəstəkləsə də, belə bir qanunun insanların əmək hüququnun pozulması ilə nəticələnəcəyini, kişi və qadın arasında diskriminasiyaya səbəb olacağını qeyd edənlər də oldu.

Bəs Bakı sakinləri bu məsələdə necə düşünür? Belə bir qanun tətbiq edilə bilərmi? Olarsa, nə ilə nəticələnə bilər?

TV Musavat-ın əməkdaşları bununla bağlı sorğu keçirib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Alim Liftiyev
Musavat.com

31.05.2024 19:06
1192