Qadınlar təhlükəni mobil tətbiq vasitəsilə deyə biləcəklər 

"Hələ ki, məişət zorakılığı ilə bağlı bütün ölkəni əhatə edəcək bir mobil tətbiq yoxdur".

Musavat.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, qeyri-hökumət təşkilatları bununla bağlı təklif verib: "Bu mobil tətbiqin yaradılması məsələsi diqqətimizdədir. Düşünürəm ki, yaxın zamanlarda müvafiq məlumat ictimaiyyətə bildiriləcək".

Afaq Mirayiq,
Musavat.com

19.07.2023 11:48
506